İngiltərə yığması dünya çempionatlarında ən çox qolsuz bərabərə qalan komandadır.
Apasport.az saytının məlumatına görə, britaniya təmsilçisi DÇ-2022-nin qrup mərhələsinin II turunda öz göstəricisini yaxşılaşdırıb.
B qrupu çərçivəsində ABŞ-la qarşılaşan Qaret Sautqeytin yetirmələri rəqibin müqavimətini qıra bilməyib. Bu, ingilislərin dünya çempionatlarında 12-ci qolsuz bərabərliyidir. ABŞ isə mundialda ilk dəfə 0:0 hesabını görüb.
Bundan başqa, amerikalılar 1950-ci ildən bəri ilk dəfə Avropa komandası ilə matçda qapısının toxunulmazlığını qorumağı bacarıb. Uğursuz seriya 18 matçda dayanıb.
Qeyd edək ki, qrupun son turunda İngiltərə Uelslə qarşılaşacaq, ABŞ isə İran sınağına çıxacaq. Bu matçlar noyabrın 29-da olacaq.