Əzəli rəqiblərin yoxlama görüşünə PROQNOZ
12.07.2022 - 12:50
Əzəli rəqiblərin yoxlama görüşünə PROQNOZ

Bu gün əzəli rəqiblər “Liverpul”la “Mançester Yunayted” yeni mövsümə hazırlıq çərçivəsində yoxlama görüşündə üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, rusiyalı futbol eksperti Denis Nalivayko Banqkokda keçiriləcək matçla bağlı proqnozunu verib:

Bu, “Mançester Yunayted”in Erik ten Haqın rəhbərliyi altında ilk oyunudur. “Qırmızı şeytanlar”ın niderlandlı mütəxəssisin fəlsəfəsinin bəzi elementlərini göstərib-göstərməyəcəyi maraqlıdır. Ötən mövsüm oynamayan, lakin Erik ten Haqın rəhbərliyi altında əla çıxışla diqqət çəkən Doni van de Beki görmək maraqlı olacaq.

“Liverpul”da hər şey nisbətən sakitdir. Əsas sual Darvin Nunyesin heyətə necə düşməsi və “Liverpul”un Manesiz hansı formada oynamasıdır. Bu komanda sirr deyil, çünki onlar haqda çox şey bilirik. Nəzərə alaq ki, bu, yoxlama görüşüdür. Komandaların qarşısında nəyin bahasına olursa-olsun qələbə qazanmaq vəzifəsi yoxdur.

Məşqçilər taktiki yenilikləri tətbiq etməyə çalışacaqlar. İlk hissədə çox qol olacağını düşünmürəm. Mən 1,70 əmsalı olan ilk yarıda 2-dən az qolu təklif edirəm.

Proqnozum: H/T – 1,5 ALT

writer photo
Əlirza Əlirzalı
0