Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Bolqarıstanın “Ludoqorets” komandasını qəbul edib.
Təmsilçimiz evdə 1:2 hesabı ilə məğlub olub.
Türkiyənin “Fənərbaxça” klubu Fransada “Lill”in qonağı olub. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
6 avqust
20:00 "Qarabağ" – "Ludoqorets" (Bolqarıstan) 1:2
21:00 "Malmö" (İsveç) – PAOK (Yunanıstan) 2:2
21:15 "Midtyulland" (Danimarka) –"Ferentsvaroş" (Macarıstan) 2:0
22:00 "Dinamo" (Kiyev, Ukrayna) – "Reyncers" (Şotlandiya) 1:1
22:00 "Sparta" (Çexiya) – "Styaua" (Rumıniya) 1:1
22:30 "Lill" (Fransa) – "Fənərbaxça" (Türkiyə) 2:1
22:45 "Zalsburq" (Avstriya) – "Tvente" (Niderland) 2:1