“Biz Argentina Futbol Federasiyasından izahat tələb etməliyik. Və əslində bunu Noel Le Qre (Fransa Futbol Federasiyasının prezidenti – red.) edir. O, argentinalı həmkarına müraciət edib".
Apasport.az xəbər verir ki, bunu Fransanın idman naziri Ameli Udea-Kastera deyib.
O, Argentina millisinin DÇ-2022 finalından sonra göstərdiyi davranışını tənqid edib. Nazir argentinalıların təxribatlarına və xüsusən də qapıçı Emiliano Martinesin davranışına reaksiya verib:
"Mən bunu acınacaqlı hesab edirəm. Argentina yığmasının qələbədən sonra davranışı belə matça yaraşmadı. Argentinalı azarkeşlərin mahnılarında Kinqsle Koman kimi bəzi futbolçularımıza qarşı irqçi hücumlar görünən kimi dərhal reaksiya verdim.
Çuameni Martines tərəfindən yersiz ələ salındı, bu, sadəcə olaraq vulqar və yersizdir. Onlar eleqant olmayan qaliblərdir. Yersiz istehza və qəbuledilməz irqçilik var idi.
Le Qrenin şikayət etməsinə şadam. Emiliano Martines olduqca yazıqdır”.