Holan: "Dünya çempionatını evdən izlədim, əsəbləşdim"
29.12.2022 - 02:38
Holan: "Dünya çempionatını evdən izlədim, əsəbləşdim"

“Qollarla bağlı məqsədim var, amma bunu dilə gətirə bilmərəm. Sadəcə soyunub-geyinmə otağında dedim ki, 5 qol vura bilərəm. Amma əsas odur ki, bu gün qalib gəldik".

Apasport.az xəbər verir ki, bunu "Mançester Siti"nin hücumçusu Erlinq Holan deyib.

O, doğulduğu Lids şəhərində yerli komandaya 2 qol vuraraq İngiltərə Premyer-liqasında qollarının sayını 20-yə çatdırıb. Norveç millisinin hücumçusu bildirib ki, liderlə aradakı 5 xal fərqini azaltmaq lazımdır: “Arsenal”ın arxasınca getməliyik. Daha bir neçə qol vura bilərdim. Amma həyat belədir, daha çox məşq etməlisən".

22 yaşlı futbolçu Qətərdə keçirilmiş dünya çempionatını evdə izlədiyi üçün qollara ac olduğunu vurğulayıb: "Evdə idim, dünya çempionatını buraxdığım üçün bir az əsəbi idim. Batareyamı doldurdum. Başqalarının necə qol vurduğunu və dünya çempionu olduğunu izlədim və bu məni həvəsləndirdi, motivasiya etdi, əsəbiləşdirdi. Mən həmişəkindən qollara daha acam”.

writer photo
Əlirza Əlirzalı
0