İspaniya dominantlıqla qələbə qazanacaq - PROQNOZ
02.06.2022 - 13:23
İspaniya dominantlıqla qələbə qazanacaq - PROQNOZ

Bu gün Millətlər Liqasında ilk turun oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, günün mərkəzi matçı İspaniya ilə Portuqaliya arasında olacaq.

Rusiyalı futbol eksperti Maksim Salivon Pireney derbisi ilə bağlı fikirlərini bölüşüb və öz proqnozlarını çatdırıb:

Millətlər Liqasının elitasında yer alan İspaniya ilə Portuqaliya qarşısına ən yüksək məqsədlər qoyub. Ona görə də heç bir kompromisdən söhbət gedə bilməz. Pireney derbisində səmərəlilik və təmkinli olmaq ön plana çıxacaq.

Ötən ilin oktyabrında Fransaya məğlubiyyətdən sonra ispanlar ardıcıl dörd oyunda qalib gəliblər. Komanda doğma arenada əla performansa sahibdir. Beş oyundan dördündə 2-dən çox qol vurublar. Portuqaliyanın nəticələri isə qeyri-stabil alındı. Ancaq Kriştiano Ronaldonun liderlik etdiyi yığma son 5 səfər görüşünün 3-də qələbə qazanmağı bacarıb. Maraqlı nüanslardan biri odur ki, bu komandalar arasındakı son 5 görüşün 4-də tərəflərdən biri qol vura bilməyib.

Bukmekerlərin fikrincə, matç ALT gələcək. Ancaq hər iki komandanın fərqlənməsinə mərc etmək olar. Bu da 1,90 əmsaldır. Ev sahiblərinin meydan amilindən yararlanmaq kimi üstünlüyü olacaq. Luis Enrikenin yetirmələri dominantlıq edəcək və qələbə qazanacaq.

Proqnozum: Hər iki komanda qol vuracaq və ya İspaniya qələbə qazanacaq.

writer photo
Əlirza Əlirzalı
0