Konfrans Liqası: 16 oyunla davam
15.09.2022 - 10:48
Konfrans Liqası: 16 oyunla davam

Bu gün Konfrans Liqasında qrup mərhələsinin II turunun oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, 8 qrupda 16 matç baş tutacaq.

Qardaş Türkiyə təmsilçiləri “Başakşəhər” və “Sivasspor” da növbəti sınağına çıxacaq. Sonuncular ÇFR-in qonağı olacaq. İstanbul klubu isə “Fiorentina”nı qəbul edəcək.

Qeyd edək ki, Konfrans Liqasında Azərbaycanı təmsil edən “Neftçi”, “Zirə” və “Qəbələ” mübarizəni təsnifat mərhələlərində dayandırıb.

A qrupu
⚽ 23:00. RFS – “Harts”
⚽ 23:00. “Başakşəhər” – “Fiorentina”
B qrupu
⚽ 23:00. “Styaua” – “Anderlext”
⚽ 23:00. “Silkeborq” – “Vest Hem”
C qrupu
⚽ 23:00. “Lex” – “Austriya”
⚽ 23:00. “Hapoel” Beyer-Şeva – “Vilyarreal”
D qrupu
⚽ 23:00. “Partizan” – “Nitsa”
⚽ 23:00. “Köln” – “Slovaçko”
E qrupu
⚽ 20:45. “Apollon” – “Dnepr”
⚽ 20:45. “Alkmaar” – “Vaduts”
F qrupu
⚽ 20:45. “Yurqorden” – “Molde”
⚽ 20:45. “Gent” – “Şemrok Rovers”
G qrupu
⚽ 20:45. “Slaviya” – “Balikani”
⚽ 20:45. ÇFR – “Sivasspor”
H qrupu
⚽ 20:45. “Jalgiris” – “Bazel”
⚽ 20:45. “Pünik” – “Slovan”
 

writer photo
Əlirza Əlirzalı
0