Konfrans Liqası: "Zirə" "Omoniya"ya rəqib ola bilər - YENİLƏNİB
14.08.2024 - 22:05
Konfrans Liqası: "Zirə" "Omoniya"ya rəqib ola bilər - YENİLƏNİB

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin növbəti cavab oyunları keçirilib.

Apasport.az xəbər verir ki, Qazaxıstanın “Astana” komandası Rumıniyanın “Hunedora” kollektivini qəbul edib. Meydan sahibləri rəqibi darmadağın edərək növbəti mərhələyə yüksəlib.

Macarıstan “Fehervar”ı isə azarkeşləri önündə Kiprin “Omoniya” komandası ilə üz-üzə gəlib. Bu dueldən də qalib ayrılmağı bacaran qonaqlar pley-off mərhələsinə vəsiqə qazanıb. "Omoniya" növbəti raundda “Zirə” – “Osiyek” (Xorvatiya) duelinin güclüsü ilə qarşılaşacaq.

Azərbaycan təmsilçiləri – “Sabah” və “Zirə” isə cavab görüşlərinə sabah çıxacaq.

Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunları

14 avqust

18:00 "Astana" (Qazaxıstan) – "Hunedora" (Rumıniya) 6:1
İlk oyun 2:1

20:00 "Fehervar" (Macarıstan) – "Omoniya" (Kipr) 0:2
İlk oyun 0:1

writer photo
Əlirza Əlirzalı
0