PSJ-nin futbolçusu Lionel Messi və “Atletiko”nun forvardı Antuan Qrizmann biznes sahəsində şərik olub.
Apasport.az saytının məlumatına görə, hücumçular İspaniyadakı “Vice” restoranlar şəbəkəsinə investisiya qoyub.
Onlar burger hazırlamaqla məşğul olan şirkətin genişlənməsinə vəsait ayırıb. Madrid və Barselonada ümumilikdə 7 restoranı birləşdirən şəbəkənin böyüdülməsi üçün ümumilikdə 17 milyon avro toplanılıb. Messi ilə Qrizmann də bu vəsaitin bir hissəsini ödəyib. Sahibkarlar restoran sayının 17-yə çatdırılmasını planlaşdırır.
Qeyd edək ki, Antuan 2005-ci ildən fasiləsiz İspaniya klublarında çıxış edir. Lionelin isə uzun illər oynadığı “Barselona”ya qayıdışı gözlənilir.