“Bu, ən yaxşı dünya çempionatlarından biridir. Düşünürəm ki, matçlar mövsümün ortasına təsadüf etdiyi üçün belə oldu. Çempionardan əvvəl çoxları, o cümlədən mən də düşünürdüm ki, oynamaq çətin olacaq, yeni bir şey olacaq. Amma belə qərarın gözəlliyini finalda gördük".
Apasport.az xəbər verir ki, bunu Polşa millisinin və "Barselona"nın futbolçusu Robert Levandovski deyib.
Polşalı hücumçu bildirib ki, dünya çempionatının mövsümün ortasında keçirilməsi faydalı olub: "Adətən final iyun və ya iyul aylarında olur. 70-75 dəqiqəlik tempdən sonra oyunun keyfiyyəti aşağı düşür. Amma bu dəfə bütün futbolçular intensiv hərəkət etdilər, bacarıqlarını nümayiş etdirdilər. Qarşılaşma zamanı bir az yorğun olsalar da, yorğunluq ötən mövsümlə bağlı deyildi. Bu, böyük fərq yaradır”.
Qeyd edək ki, Polşa millisi 1/8 finalda finalçı Fransaya uduzaraq mübarizəni dayandırıb.