Makron: "Mavilər"ə azarkeşlik edəcəyik!"
14.12.2022 - 22:50
Makron: "Mavilər"ə azarkeşlik edəcəyik!"

Fransa prezidenti Emanuel Makron futbol üzrə dünya çempionatının yarımfinalında Mərakeşlə oyun öncəsi milli komandasına dəstək olub.

Apasport.az xəbər verir ki, Qətərə bu münasibətlə səfər etmiş Fransa başçısı bu barədə sosial şəbəkədə yazıb:

“Biz hamımız "mavilər"in qələbəsinə azarkeşlik edəcəyik! Heç vaxt unutmayın ki, idman bizi, ilk növbədə, xalqlarımız arasında hörmət və dostluqda birləşdirir”.

Qeyd edək ki, Fransa bu gün Bakı vaxtı ilə saat 23:00-da Mərakeşlə qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0