Mançester derbisində “Siti” kuboku qazandı
03.06.2023 - 20:09
Mançester derbisində “Siti” kuboku qazandı

“Mançester Siti” mövsümdə ikinci titulu qazanıb.

Apasport.az saytı xəbər verir ki, komanda İngiltərə Federasiya kubokunu əldə edib.

İngiltərə çempionu olan Mançester təmsilçisi həlledici matçda şəhərin digər komandası “Mançester Yunayted”lə qarşılaşıb. Xosep Qvardiolanın yetirmələri oyuna əla başlayıb. 1-ci dəqiqədə İlkay Gündoğan hesabı açıb. “Qırmızı şeytanlar” Bruno Fernandeşin penalti qolu ilə fasiləyədək “status-kvo”nu bərpa ediblər. 

İkinci hissədə qələbə topunu vuran Gündoğan “Mançester Siti”nin 8-ci dəfə kuboku qazanmasında böyük pay sahibi olub. “Mançester Yunayted” isə 21-ci finalında 9-cu məğlubiyyətini alıb. Komanda sonuncu dəfə 2016-cı ildə turnirin ən güclüsü olub.

Qeyd edək ki, mövsümdə ikinci titulu qazanan “Mançester Siti” Çempionlar Liqasının finalında oynayacaq.

FA Cup
Final

“Mançester Siti” – “Mançester Yunayted” – 2:1
Qollar: İlkay Gündoğan, 1; 51 – Bruno Fernandeş, 33 (pen.)
 

writer photo
Əlirza Əlirzalı
0