Çempionlar Liqasında qrup mərhələsinə start verilib.
Apasport.az saytı xəbər verir ki, ilk oyun günündə favoritlər qələbə qazanıblar.
“Barselona” öz meydanında böyükhesablı uğur əldə edib. Xavinin yetirmələri “Antverpen”in qapısından 5 cavabsız top keçiriblər. Joao Feliks dublla yadda qalıb.
Turnirin son qalibi “Mançester Siti” rəqibini məğlub edib. Komanda “Srvena Zvezda” ilə oyunun birinci hissəsini uduzsa da, fasilədən sonra adınalayiq çıxış edib. Alvaresin dublu və Rodrinin qolu sürprizin gerçəkləşməsinə imkan verməyib.
“Ölüm qrupu”nda günü PSJ-nin aktivinə yazmaq olar. Paris klubu öz meydanınoda Dormund “Borussiya”sını məğlub edib. “Milan” isə öz meydanında “Nyukasl”ın müqavimətini qıra bilməyib.
Günün ən maraqlı hadisəsi Romada olub. Uzun müddət hesabda geri olan "Latsio" məğlubiyyətdən qapıçı xilas edib. Provodel 90+5-ci dəqiqədə başlı topu "Atletiko"nun qapısından keçirib.
Çempionlar Liqası, qrup mərhələsi
19 sentyabr
E qrupu
“Feyenoord” – “Seltik” – 2:0
Qollar: Stengs, 45+2. Cahanbaxış, 76.
“Latsio” – “Atletiko” M – 1:1
Qollar: Provodel, 90+5 - Barrios, 29
F qrupu
“Milan” – “Nyukasl” – 0:0
PSJ – “Borussiya” D – 2:0
Qollar: Mbappe, 49 (pen.). Hakimi, 58
G qrupu
“Yanq Boyz” – “Leyptsiq” – 1:3
Qollar: Elia, 33 - Simakan, 3. Şlager, 74. Sesko, 90+2
“Mançester Siti” – “Srvena Zvezda” – 3:1
Qollar: Alvares, 47; 60. Rodri, 73 - Bukari, 45
H qrupu
“Şaxtyor” – “Portu” – 1:3
Qollar: Kelsi, 13 - Qaleno,8; 15. Taremi, 29
“Barselona” – “Antverpen” – 5:0
Qollar: Joao Feliks, 11; 66. Levandovski, 19. Batailye, 22 (öz qapısına). Qavi, 54