"Zenit" yarımmüdafiəçiləri ilə müqavilə yeniləyib
23.08.2024 - 17:42
"Zenit" yarımmüdafiəçiləri ilə müqavilə yeniləyib

Rusiyanın "Zenit" klubu iki yarımmüdafiəçisi ilə müqavilə yeniləyib.

Apasport.az xəbər verir ki, Vendel və Klaudinyonun transfer hüququ 2029-cu ilə qədər "Zenit"ə məxsus olacaq.

Vendelin adı uzun müddət "Qalatasaray"la birgə çəkilsə də, tranfer gerçəkləşməyib.

Qeyd edək ki, Vendel 4, Klaudinyo isə 3 dəfə Rusiya çempionu ünvanını qazanıb. 

writer photo
Əlirza Əlirzalı
0