"Mançester Siti" "Çelsi"ni darmadağın etdi
08.01.2023 - 22:45
"Mançester Siti" "Çelsi"ni darmadağın etdi

İngiltərə kubokunda 1/32 finalın oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün "Mançester Siti" öz meydanında "Çelsi" ilə qarşılaşıb.

"Şəhərlilər" rəqibi darmadağın edib – 4:0. Riyad Mahrez (23, 85), Xulian Alvares (30) və Fil Foden (38) fərqləniblər.

Bu qələbə ilə "Mançester Siti" 1/16 finala yüksəlib. "Şəhərlilər"in 1/16 finaldakı rəqibi sabah keçiriləcək "Oksford Yunayted" – "Arsenal" oyununun qalibi olacaq.

Qeyd edək ki, 2 gün əvvəl "Mançester Siti" və "Çelsi" İngiltərə Premyer Liqasının XIX turu çərçivəsində də qarşılaşmışdı. Londonda keçirilmiş həmin oyunda da "Mançester Siti" qalib gəlmişdi – 1:0.

writer photo
Əlirza Əlirzalı
0