Ximenez "Atletiko"nu tərk edə bilər
03.10.2023 - 16:51
Ximenez "Atletiko"nu tərk edə bilər

Xose Ximenez Madrid "Atletiko"sunu tərk edə bilər.

Apasport.az saytı xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Avropanın top-klublarının diqqətini cəlb edib. 

Uruqvaylı oyunçunun transferində  "Arsenal", "Barselona", "Real Madrid", "Mançester Yunayted", "Vest Hem" və "Nyukasl" maraqlıdır.
2013-cü ildən Madrid klubunun şərəfini qoruyan arxa xətt oyunçusunun ispanlarla müqaviləsi 2025-ci ilin yayına kimidir.

Qeyd edək ki, Ximenes bu mövsüm 5 matçda iştirak edib.

writer photo
Əlirza Əlirzalı
0