"Mançester Yunayted" niderlandlı hücumçunu icarəyə götürmək istəyir
27.12.2022 - 21:44
"Mançester Yunayted" niderlandlı hücumçunu icarəyə götürmək istəyir

"Mançester Yunayted" vinger Kodi Xakponu icarəyə götürməyi düşünür.

Apasport.az xəbər verir ki, mankunianlılar hollandiyalı futbolçunu yaya qədər icarəyə götürmək və sonra onu almaq variantın; nəzərdən keçirib.

Ancaq bu, futbolçunun məxsus olduğu PSV-yə qışda futbolçunun "Liverpul"a satılması qədər cəlbedici görünmür.

Qeyd edək ki, Kodi Xakponun mersisaydlılara transferi nəticəsində PSV-nin minimum 37 milyon funt-sterlinq alacağı bildirilir.

writer photo
Əlirza Əlirzalı
0