Mərakeşin qapıçısı penaltilər barədə: "Bir az intuisiya və bir az da şans"
07.12.2022 - 01:21
Mərakeşin qapıçısı penaltilər barədə: "Bir az intuisiya və bir az da şans"

“Penaltinin nə olduğunu bilirsiniz – bir az intuisiya və bir az şans".

Apasport.az xəbər verir ki, bunu Mərakeş millisinin qapıçısı Yassin Bonu deyib.

"Sevilya"nın qapıçısı dünya çempionatının 1/8 finalında İspaniya millisinə qalib gələrək (0:0, penaltilər seriyasında 3:0) turnirin 1/4 finalına yüksəlmələrini şərh edib: "Biz qalib gəldik, ən vacibi budur. Bütün komandaya şlyapa çıxarıram, əla iş gördülər. Bu inanılmaz idi. Topa yaxşı sahib olan İspaniyaya qarşı 120 dəqiqə konsentrasiyanı qoruyub saxlamaq asan məsələ deyil. Bunu dərk etmək belə çətindir. Çalışacağıq ki, kənar informasiyalardan qaçaq, diqqətimizi özümüzə, işimizə və bərpamıza yönəldək. Növbəti rəqiblə məmnuniyyətlə və qələbəyə ac qarşılaşacağıq".

Qeyd edək ki, Mərakeş millisi ilk dəfə dünya çempionatının 1/4 finalına çıxıb və bu mərhələdə Portuqaliya ilə oynayacaq.

writer photo
Əlirza Əlirzalı
0