Messi 1/8, 1/4 və 1/2 finalda qol vuran 6-cı futbolçu oldu
14.12.2022 - 01:40
Messi 1/8, 1/4 və 1/2 finalda qol vuran 6-cı futbolçu oldu

Lionel Messi bir təqvim ilində Argentina millisində vurduğu qollara görə şəxsi rekorda imza atıb.

Apasport.az xəbər verir ki, o, Xorvatiyaya penaltidən fərqlənməklə 2022-ci ildə 16-cı qolunu vurub.

Bundan başqa, 35 yaşlı argentinalı mundialların 1/8, 1/4 və 1/2 final mərhələsində qol vuran 6-cı futbolçu olub. Onadək italiyalı Salvatore Skilaççi (1990), Roberto Baco (1994), bolqar Xristo Stoiçkov (1994), xorvat Davor Şuker (1998) və niderlandlı Vesli Sneyder (2010) bu nəticəyə nail olmuşdu.

Xatırladaq ki, Lionel Messi həm də 11-ci qolunu vuraraq, dünya çempionatlarında qol sayına görə millinin rekordçusu olub.

writer photo
Əlirza Əlirzalı
0