"Milan" İtaliya Kuboku ilə vidalaşdı - VİDEO
12.01.2023 - 02:55
"Milan" İtaliya Kuboku ilə vidalaşdı - VİDEO

"Milan" İtaliya Kuboku ilə vidalaşıb.

Apasport.az xəbər verir ki, son İtaliya çempionu ölkə kubokunun 1/8 finalında öz meydanında "Torino"ya uduzub.

Turin təmsilçisi 70-ci dəqiqədən etibarən azlıqda qalsa da, 114-cü dəqiqədə qələbə qolunu vurmağı bacarıb. Beləliklə, "Torino" "Milan"ı 1:0 məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, "Torino"nun rəqibi bu gün keçiriləcək "Fiorentina" – "Sampdorya" oyunun qalibi olacaq.

writer photo
Əlirza Əlirzalı
0