AVRO-2024-ün seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Apasport.az saytı xəbər verir ki, Niderland səfərdə üç xal qazanıb.
İrlandiyanın qonağı olan “narıncılar” erkən qol buraxıblar. Meydan sahibləri penaltidən fərqləniblər. Əzmkarlıq göstərən Niderland yığması 2:1 hesabı ilə qələbə qazanıb.
H qrupunda favoritlər qələbə qazanıblar. Danimarka səfərdə Finladiyadan, Qazaxıstan evdə Şimali İrlandiyadan güclü olub. Sloveniya isə cırtdan San-Marino ilə görüşdə çətinlik çəkməyib.
AVRO-2024, seçmə mərhələ
10 sentyabr
B qrupu
İrlandiya – Niderland – 1:2
Yunanıstan – Cəbəllütariq – 5:0
Fransa – 15, Niderland – 9, Yunanıstan – 9, İrlandiya – 3, Cəbəllütariq – 0 xal.
E qrupu
Farer adaları – Moldova – 0:1
Albaniya – Polşa – 2:0
Albaniya – 10, Çexiya – 8, Moldova – 8, Polşa – 6, Farer adaları – 1 xal.
G qrupu
Monteneqro – Bolqarıstan – 2:1
Litva – Serbiya – 1:3
Macarıstan – 10, Serbiya – 10, Monteneqro – 8, Bolqarıstan – 2, Litva – 2 xal.
H qrupu
Qazaxıstan – Şimali İrlandiya – 1:0
Finlandiya – Danimarka – 0:1
San-Marino – Sloveniya – 0:4
Sloveniya – 13, Danimarka – 13, Finlandiya – 12, Qazaxıstan – 12, Şimali İrlandiya – 3, San-Marino – 0 xal.