Paris-2024: İspaniyanın finaldakı rəqibi bəlli oldu
06.08.2024 - 10:21
Paris-2024: İspaniyanın finaldakı rəqibi bəlli oldu

Paris-2024-də kişilər arasında futbol yarışında finalçılar müəyyənləşib.

Apasport.az xəbər verir ki, həlledici qarşılaşmada yarımfinalda Mərakeşi məğlub edən İspaniya Fransa ilə üz-üzə gələcək.

Meydan sahibləri 1/2 finalda Misiri mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, final avqustun 9-da keçiriləcək. 1 gün əvvəl isə Misir - Mərakeş matçında bürünc medalın sahibi müəyyənləşəcək. 

writer photo
Əlirza Əlirzalı
0