Polşa Meksikanın müqavimətini qıra bilmədi - YENİLƏNİB
22.11.2022 - 21:56
Polşa Meksikanın müqavimətini qıra bilmədi   - YENİLƏNİB

Bu gün DÇ-2022-nin C qrupunda I tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turnirin üçüncü oyun günündə Meksika və Polşa milliləri üz-üzə gəlib.

Şimali amerikalılar mundialların daimi iştirakçılarından biri hesab olunur. Robert Levandovski kimi forvardı olan polşalılar isə daim qatılmadıqları çempionatlarda yaddaqalan nəticələrə imza atıb. Komandaların mundiallardakı yeganə dueli 44 il əvvələ təsadüf edib. 1978-ci ildə baş tutan matçda polşalılar 3:1 hesabı ilə qalib gəlib.

Bu matçda tərəflərin səylərinə baxmayaraq hesab açılmayıb. Baxmayaraq ki, polşalıların bunu reallaşdırmaq üçün real imkanı olub. Təcrübəli forvard Robert Levandovski penaltini qola çevirə bilməyib.

Qeyd edək ki, qrupun bu gün baş tutan ilk oyununda Səudiyyə Ərəbistanı yığması Argentinanı 2:1 hesabı ilə məğlub edib.

DÇ-2022, qrup mərhələsi
22 noyabr
C qrupu
20:00. Meksika - Polşa 0:0

 

writer photo
Əlirza Əlirzalı
0