MY "Beşiktaş"da oynayan futbolçunu icarəyə götürdü – RƏSMİ
14.01.2023 - 00:32
MY "Beşiktaş"da oynayan futbolçunu icarəyə götürdü – RƏSMİ

"Mançester Yunayted" Niderland millisinin və "Bernli"nin hücumçusu Vaut Vexorstu icarəyə götürdüyünü açıqlayıb.

Apasport.az xəbər verir ki, 30 yaşlı hücumçunun "Mançester Yunayted"lə icarə müqaviləsi bu mövsümün sonuna kimi hesablanıb.

Cari mövsümün ilk hissəsini icarə əsasında "Beşiktaş"da keçirən Vaut Vexorst Türkiyə klubunun heyətində bütün yarışlarda 18 matçda 9 qol vurub və 4 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0