"Qalatasaray"ın məğlubedilməzliyi 14 oyuna çatdı
21.01.2023 - 22:51
"Qalatasaray"ın məğlubedilməzliyi 14 oyuna çatdı

Türkiyə çempionatının lideri "Qalatasaray"ın rəsmi matçlarda məğlub edilməz oyunlar seriyası 14-ə çatıb.

Apasport.az xəbər verir ki, İstanbul klubu bu gün Superliqanın XX turunda "Antalyaspor" üzərində 2:1 qalib gəlməklə bu seriyanı uzadıb.

"CimBom" son 12 rəsmi matçdır ki, rəqiblərini məğlub edir. "Antalyaspor" isə 7 oyundur ki, qalib gələ bilmir.

Qeyd edək ki, "Qalatasaray" 45 xalla 1-ci sıradadır.

writer photo
Əlirza Əlirzalı
0