Salah "Liverpul"un əfsanəvi futbolçusunu qabaqladı
08.01.2023 - 17:56
Salah "Liverpul"un əfsanəvi futbolçusunu qabaqladı

İngiltərə kubokunun 1/32 finalında "Vulverhempton”la matç “Liverpul”un futbolçusu Məhəmməd Salah üçün əlamətdar olub.

Apasport.az xəbər verir ki, o, 2:2 hesabı ilə yekunlaşan görüşdə fərqlənməklə "Liverpul" forması ilə vurduğu qolların sayını 173-ə yüksəldib. Bununla da Salah 172 qol vuran əfsanəvi Keni Dalqlişi geridə qoyub.

Qeyd edək ki, "Liverpul"un heyətində ən çox qol vuran futbolçu Yan Rayşdır – 346 qol. İlk 3-lüyü Rocer Hant (285 qol) və Qordon Hocson (241 qol) tamamlayır.

writer photo
Əlirza Əlirzalı
0