Dani Alves qovuldu – SƏBƏB
21.01.2023 - 10:06
Dani Alves qovuldu – SƏBƏB

Braziliya millisinin futbolçusu Dani Alves klubsuz qalıb.

Apasport.az saytının məlumatına görə, Meksika təmsilçisi “Pumas” 40 yaşlı müdafiəçi ilə yollarını ayırıb.

Dani ilə müqaviləyə xitam verilib. Onun klubdan qovulmasına səbəb seks qalmaqalı üzündən həbs edilməsi səbəb olub.

Alves 23 yaşlı qızı zorlamaqda ittiham olunur. Hadisə Barselonanın gecə klublarından birində baş verib.

Qeyd edək ki, “Pumas”a ötən il keçən müdafiəçi bu klubda 13 oyuna çıxıb.
 

writer photo
Əlirza Əlirzalı
0