“Golden Boy” mükafatını Bellingem qazanıb
29.10.2023 - 15:12
“Golden Boy” mükafatını Bellingem qazanıb

İngiltərə yığmasının üzvü Cud Bellingem ilin ən yaxşı gənc futbolçusu seçilib.

Apasport.az saytı xəbər verir ki, 20 yaşlı futbolçu “Golden Boy” mükafatına layiq görülüb.

“Real”ın oyunçusu sorğuda iştirak edən KİV nümayəndələrinin təxminən 95 faizinin səsini toplayıb. Yayda “Borussiya”dan 103 milyon avroya transfer olunan Bellingem qısa müddətdə komandanın ulduzuna çevrilib. 

Qeyd edək ki, Cud “Real”ın heyətində meydana çıxdığı ilk 13 oyunda 13 dəfə fərqlənb.
 

writer photo
Əlirza Əlirzalı
0