Tarixi qol
30.11.2022 - 20:40
Tarixi qol

Tunis millisinin kapitanı Vahbi Xazri tarixə düşüb.

Apasport.az saytı xəbər verir ki, o, start heyətdə başladığı 3 ardıcıl mundial matçında qol vuran ilk afrikalı futbolçu olub.

31 yaşlı hücumameyilli yarımmüdafiəçi son olaraq DÇ-2022-nin qrup mərhələsinin Fransa ilə III tur matçında fərqlənib.

"Monpelye"nin futbolçusu 4 il əvvəlki mundialda Belçika və Panama yığmalarının da qapısına yol tapmışdı.

Qeyd edək ki, hazırda davam edən oyunda Tunis yığması Fransaya Xazrinin yeganə qolu ilə qalib gəlir. Təcrübəli oyunçu isə 60-cı dəqiqədə zədələnərək oyunu tərk edib.

writer photo
Əlirza Əlirzalı
0