Ten Hax: "Ronaldo məsələsinə enerji sərf etmək istəmirəm"
25.12.2022 - 01:23
Ten Hax: "Ronaldo məsələsinə enerji sərf etmək istəmirəm"

"Ronaldo məsələsi artıq keçmişdə qalıb. Biz irəli baxırıq və irəliləyirik".

Apasport.az xəbər verir ki, bunu "Mançester Yunayted"in baş məşqçisi Erik ten Hax deyib.

O bildirib ki, Kriştianu Ronaldonun mundial öncəsi məlum müsahibəsindən sonra onunla əlaqə saxlamayıb: “Dediyim kimi, bu keçmişdə qaldı. Mən davam etmək istəyirəm. Biz “Mançester Yunayted” üçün yeni bir gələcək qurmaq istəyirik və o bunun bir hissəsi olmaq istəmədi. Biz isə davam edirik. Bu məsələyə enerjimi sərf etmək istəmirəm".

writer photo
Əlirza Əlirzalı
0