Türkiyədə son çempion lideri büdrətdi
24.12.2022 - 22:20
Türkiyədə son çempion lideri büdrətdi

Türkiyə Super Liqasında lider "Fənərbağça" ardıcıl 2-ci məğlubiyyətini alıb.

Apasport.az xəbər verir ki, dünya çempionatından sonra bərpa olunan XIV turun mərkəzi görüşündə son çempion "Trabzonspor" lideri büdrədib.

"Fənərbağça"da portuqaliyalı Miqel Krespu qırmızı vərəqə aldıqdan sonra Trabzon klubu fərqlənməyə başlayıb. 61-ci dəqiqədə uruqvaylı Maksimiliano Qomes və 90+11-ci dəqiqədə misirli Trezeqe "Trabzonspor"un 2:0 hesablı qələbə qazanmasında əsas pay sahibi olub.

Bu, "Fənərbağça"nın ardıcıl 2-ci məğlubiyyətidir. "Trabzonspor" bu qələbədən sonra xalını 26-ya yüksəldib.

Qeyd edək ki, sabah "Qalatasaray" qalib gələcəyi halda, liderə çevriləcək.

writer photo
Əlirza Əlirzalı
0