Qətərdə keçirilən DÇ-2022-də H qrupunda mübarizəyə start verilib.
Apasport.az saytının məlumatına görə, qrupun ilk oyununda Uruqvay yığması Cənubi Koreyanı sınağa çəkib.
Cənubi amerikalılar bu görüşün favoriti sayılırdı. DÇ-1990 və DÇ-2010-da bu rəqibini məğlub edən Uruqvay ənənəni davam etdirə bilməyib. İkiqat dünya çempionunun cəhdləri bir nəticə verməyib və qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, H qrupunun digər qarşılaşmasında Portuqaliya ilə Qana görüşəcək. Bu matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
DÇ-2022, qrup mərhələsi
24 noyabr, I tur
H qrupu
17:00. Uruqvay - Cənubi Koreya - 0:0