Valensiya Ronaldo və Messiyə çatdı
25.11.2022 - 23:02
Valensiya Ronaldo və Messiyə çatdı

Ekvador millisinin üzvü Enner Valensiya unikal göstəriciyə imza atıb.

Apasport.az saytı xəbər verir ki, 33 yaşlı hücumçu dünya çempionatlarında yığma komandasının ardıcıl 6 qolunu vuran dördüncü futbolçu olub.

"Fənərbağça"nın forvardı son olaraq DÇ-2022-nin II turu çərçivəsində Niderlandın qapısına yol tapıb. Futbolçu ilk turun Qətərlə oyununda isə dublla yadda qalıb. Valensiya cənubi amerikalıların DÇ-2014-də vurduğu 3 qolun da müəllifi olmuşdu.

Daha əvvəl Eysebio (Portuqaliya, DÇ-1966), Paolo Rossi (İtaliya, DÇ-1982) və Oleq Salenko (Rusiya, DÇ-1994) bunu bacarmışdı.

E.Valensiya həmçinin son 3 dünya çempionatının qrup mərhələsində ulduz futbolçular - portuqaliyalı Kriştianu Ronaldo və argentinalı Lionel Messi ilə bərabər hamıdan çox - 6 qol vurub.

Qeyd edək ki, Enner Valensiya hazırda 3 qolla bu mundialın bombardiridir.

writer photo
Əlirza Əlirzalı
0