Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.
Apasport.az xəbər verir ki, günün yeganə matçında "Bavariya" və "Real" qarşı-qarşıya gələcəklər.
"Allianz Arena"da keçiriləcək matç saat 23:00-da başlayacaq.
Qeyd edək ki, bu mərhələnin növbəti matçı sabah - mayın 1-i "Borussiya Dortmund" və PSJ kollektivləri arasında keçiriləcək.
UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyun
30 aprel
23:00. “Bavariya" (Almaniya) - “Real” (İspaniya) 2:2
Qol: Leroy Sane, 53. Harri Keyn, 57 (p) - Vinisius, 24, 83 (p)
Baş hakim: Klement Turpin (Fransa).
Münhen, “Allianz Arena".