DÇ-2022-nin 16-cı oyun gününə start verilib.
Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsinin beşinci oyununda Yaponiya və Xorvatiya üz-üzə gəlib.
Qrupda Almaniya və İspaniyaya qalib gələn asiyalılar son mundialın vitse-çempionu ilə görüşə də iddialı çıxıb. İlk yarının sonlarında Dayzen Maeda yaponları hesabda önə çıxarıb – 1:0. İkinci hissənin əvvəlində İvan Perişiç bərabərlik qoluna imza atıb – 1:1.
90 dəqiqədə qalibi müəyyənləşdirə bilməyən rəqiblər DÇ-2022-dəki ilk əlavə vaxtda oynamalı olub. Lakin bu yarım saat qolsuz başa çatıb.
1/4 finalçının adına penaltilər seriyası aydınlıq gətirib. Oyunsonrası “lotereya”da daha dəqiq olan Xorvatiya mundialın 8 ən güclü komandası sırasına yüksəlib.
Qeyd edək ki, bu cütün qalibi 1/4 finalda Braziliya – Cənubi Koreya duelinin qalibi ilə qarşılaşacaq. Bu gün keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
DÇ-2022
1/8 final
5 dekabr
19:00. Yaponiya - Xorvatiya - 1:1, pen. 1:3
Qollar: Dayzen Maeda, 44 - İvan Perişiç, 54
Penaltilər seriyası: Takumi Minamino (0:0), Nikola Vlaşiç (0:1), Kaoro Mitomo (0:1), Marselo Brozoviç (0:2), Takumo Asano (1:2), Marko Livaya (1:2), Maya Yoşida (1:2), Mario Paşaliç (1:3)