“Yuventus”u növbəti xal cəzası gözləyir
21.05.2023 - 14:31
“Yuventus”u növbəti xal cəzası gözləyir

“Yuventus”un hesabından 12 xal silinə bilər.

Apasport.az-ın məlumatına görə, maliyyə pozuntularına görə, Turin klubu sanksiyalarla üz-üzə qalıb.

Sabah prokurorluğun yekun qərar verməsi gözlənilir. Komandanın hesabından 9-12 xal silinmə ehtimalı var. Cəza qüvvəyə minərsə “Qoca Sinyora” 2-ci pillədən 7-ci yerə geriləyəcək.

Qeyd edək ki, bu mövsümün ortasında “Yuventus” 15 xal cəza alsa da, sonradan məhkəmə yolu ilə qərarı dəyişə bilmişdi.

writer photo
Əlirza Əlirzalı
0