Paris-2024: Ağırlıqqaldırmaya ağır zərbə
04.04.2022 - 15:58
Paris-2024: Ağırlıqqaldırmaya ağır zərbə

Paris-2024 Yay Olimpiya Oyunlarının ağırlıqqaldırma yarışlarının çəki dərəcələri və iştirakçı sayı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi verib.

Atletlərin sayı kəskin şəkildə azalıb. Rio-2016-da 260, Tokio-2020-də 196 ağırlıqqaldıran mübarizə aparmışdısa, Parisdə cəmi 120 idmançı medallar uğrunda yarışacaq. Həm kişilər, həm də qadınlar 5 çəkidə qüvvəsini sınayacaq. Digər 4 kateqoriya isə ləğv edilib.

Kişilər 61 kq, 73 kq, 89 kq, 102 kq və +102 kq çəkidə çempionu müəyyənləşdirəcək. Qadınlar isə 49 kq, 59 kq, 71 kq, 81 kq və +81 kq çəkidə mübarizə aparacaq.
 

writer photo
Əlirza Əlirzalı
0