Paris-2024: Avstraliya liderdir
28.07.2024 - 12:15
Paris-2024: Avstraliya liderdir

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının ilk gününü Avstraliya lider kimi başa vurub.

Apasport.az xəbər verir ki, avstraliyalı idmançılar ölkələrinə 3 qızıl, 2 gümüş medal qazandırmağı bacarıb.

Bu medallardan 2 qızıl və 2 gümüş üzgüçülükdə, 1 qızıl medal isə velosiped yarışlarında əldə edilib. 

Sıralamada ikinci yerdə Çin, üçüncü yerdə isə ABŞ-dir. Hər iki komandanın aktivində 5 medal var.

Qeyd edək ki, ev sahibi Fransa ilk gündə 4 medal qazanıb. Fransızlar medal tablosunun 4-cü pilləsində qərarlaşıb. 

writer photo
Əlirza Əlirzalı
0