“Red Bull” “Maklaren”in uğurunu təkrarladı
09.07.2023 - 22:11
“Red Bull” “Maklaren”in uğurunu təkrarladı

“Formula-1” pilotu Maks Ferstappen ardıcıl 6-cı qələbəsini qazanıb.

Apasport.az saytı xəbər verir ki, “Red Bull” sürücü Böyük Britaniya Qran-Prisində finis xəttini birinci keçib.

Hollandiyalı pilot mövsümdə 8-ci dəfə qalib olub. Növbəti yerləri Lando Norris və Lyuis Hemilton tutublar.

“Red Bull” son 21 Qran-prinin 20-də qazanıb. 11 ardıcıl uğurla komanda “Maklaren”in 1988-ci ildəki uğurunu təkrarlayıb. O vaxt Ayrton Senna və Alen Prost belə nəticə göstərmişdi.

Qeyd edək ki, Ferstappen 8, onun komanda yoldaşı Serxio Peres isə 3 dəfə qələbə qazanıb.

writer photo
Əlirza Əlirzalı
0