“Spa-Frankorşamp”da Ferstappen imzası
29.07.2023 - 21:13
“Spa-Frankorşamp”da Ferstappen imzası

Maks Ferstappen “Formula-1”də növbəti qələbəsini qazanıb.

Apasport.az-ın məlumatına görə, “Red Bull” sürücüsü Belçika Qran-prisinin sprint yarışlarının qalibi olub.

Məşhur “Spa-Frankorşamp”dakı qələbə Ferstappenə çempionluq yolunda 8 xal qazandırıb. Növbəti yerləri “Maklaren”dən Oskar Piastri və “Alpin”dən Pyer Qasli tutublar. 2021-ci ildən keçirilən sprint yarışlarının 9 mərhələsindən beşi Maksın qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, bu uğurdan sonra niderlandlı pilot xallarının sayını 289-a yüksəldib. Onu hesabında 171 xal olan Serxio Peres (“Red Bull”) və 139 xalla Fernanda Alonso (“Aston Martin”) izləyirlər.
 

writer photo
Əlirza Əlirzalı
0