Bakıda keçirilən U-23 Avropa çempionatında qadın güləşi üzrə yarışa yekun vurulub.
Apasport.az xəbər verir ki, millimiz qitə birinciliyində uğurlu çıxış edərək tarixinin ən yüksək nəticəsinə imza atıb.
Yığmamız çempionatı 1 dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medalla başa vurub. 76 xal toplayan Azərbaycan ilk dəfə komanda hesabında U-23 Avropa çempionatında 3-cü yeri tutub. Ukrayna (168) birinci, Türkiyə (118) isə ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, güləş yığmamızın heyətində Jalə Əliyeva (57 kq) qızıl, Elnurə Məmmədova (53 kq) gümüb, Ruzanna Məmmədova (59 kq) isə bürünc medal qazanıb.