Stadnik Parisdə də qızıl şansını itirdi
06.08.2024 - 15:21
Stadnik Parisdə də qızıl şansını itirdi

Paris Yay Olimpiya Oyunlarında Azərbaycan təmsilçisi Mariya Stadnik 1/4 final matçına çıxıb. 

Apasport.az xəbər verir ki, təmsilçimiz monqolustanlı idmançı Dolgorjavyn Otgonjargal ilə qarşılaşıb. 

Mariya son xal prinsipinə görə, monqolustanlı rəqibinə məğlub olub: 4:4.

***

14:34

Paris Yay Olimpiya oyunlarında yarışlar davam edir.

Apasport.az xəbər verir ki, Azərbaycanın qadın güləşində yeganə təmsilçisi Mariya Stadnik mübarizəyə qoşulub.

50 kq çəki dərəcəsində yarışan təmsilçimiz 1/8 finalda almaniyalı idmançı Anastasiya Blayvasla üz-üzə gəlib.

Mariya rəqibini məğlub edərək 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Stadnik 1/4 finalda Monqolustan təmsilçisi Dolgorjavyn Otgonjargal ilə qarşılaşacaq. 

writer photo
Əlirza Əlirzalı
0