“Liverpul”un qış planı
01.11.2022 - 22:39
“Liverpul”un qış planı

“Liverpul” qış transfer pəncərəsində heyətinə yeni yarımmüdafiəçi qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Konrad Laymerin xidmətində maraqlıdır.

25 yaşlı futbolçu şərəfini qoruduğu “Leypsiq”lə müqaviləni uzatmaq istəmir. Bu üzdən almaniyalılar onu satmaqda maraqlıdır. Laymer də İngiltərədə oynamaq arzusundadır.

Qeyd edək ki, Konrad Almaniya təmsilçisi “Bavariya”nın da maraq dairəsindədir.
 

writer photo
Əlirza Əlirzalı
0