Paris-2024 başlamadan rekorda imza atıb
20.07.2024 - 23:55
Paris-2024 başlamadan rekorda imza atıb

Paris-2024 Yay Olimpiya Oyunlarına rekord sayda bilet satılıb.

Apasport.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin idman direktoru Kit Makkonnell deyib.

Bu günə olan məlumata əsasən 8,8 milyon biletin satıldığını bildirən Kit Makkonnell idman yarışlarına daha çox sifarişin olduğunu da qeyd edib.

Qeyd edək ki, bundan əvvəlki rekord Atlanta-96 Olimpiadasında olub. ABŞ-da keçirilən Oyunlarda 8,3 milyon bilet satılıb.

writer photo
Əlirza Əlirzalı
0