Namibiya Milli Olimpiya Komitəsinin prezidenti: "Azərbaycandan öyrənəcəyimiz çoxlu şeylər var"
17.10.2024 - 13:58
Namibiya Milli Olimpiya Komitəsinin prezidenti: "Azərbaycandan öyrənəcəyimiz çoxlu şeylər var"

"Azərbaycandan öyrənəcəyimiz çoxlu şeylər var".

Apasport.az xəbər verir ki, bunu Namibiya Milli Olimpiya Komitəsinin prezidenti Abner Axel Xoaqub deyib.

Funksioner bildirib ki, bu turnirdə olmaq onun üçün şərəfdir:

"İnanmazdım ki, nə vaxtsa bu cür yarışı izləyəcəyəm. Azərbaycana gəldiyim üçün xoşbəxtəm. 100-ə yaxın ölkədə olmuşam. Amma burada ölkə ilə Milli Olimpiya Komitəsi arasında sıx əlaqəni heç yerdə görməmişəm. Bu səbəbdən hər iki tərəfə təşəkkür düşür".

O, təşkilatçılıqdan çox razı qaldığını diqqətə çatdırıb: "Hər şey möhtəşəmdir".

Qeyd edək ki, turnir oktyabrın 18-də başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0