“Barselona”nın Neymar planı
08.06.2023 - 10:52
“Barselona”nın Neymar planı

Lionel Messini heyətinə qata bilməyən “Barselona”nın yeni hədəfi bəlli olub.

Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi Neymarı geri qaytarmağa qərar verib.

PSJ-nin braziliyalı ulduzunun keçidində əsas problem onun maaşının yüksək olmasıdır. PSJ də transfer üçün böyük məbləğ tələb edə bilər. 

Qeyd edək ki, PSJ-dən ayrıldıqdan sonra azad agent olan Messi “İnter Mayami”yə keçəcəyini açıqlayıb.
 

writer photo
Əlirza Əlirzalı
0