16 dəqiqə həyəcanla gələn UDUŞ
14.02.2023 - 10:26
16 dəqiqə həyəcanla gələn UDUŞ

“Apasport” proqnozsevərlərə kupon təklifini davam etdirir. Fevralın 13-də keçirilən oyunlar üçün hazırlanan variantlardan ikisi uduşlu olub.

Apasport.az saytının mütəxəssis komandasının proqnozsevərlərə təklif etdiyi “Ekspress” və “Apasport” kuponları müştərilərə qazanc gətirib. Hər iki kuponda qələbə ərəfəsindəki son dəqiqələr həyəcanlı olub.

“Ekspress”də daha tez meydana çıxan AEK, həmçinin MTK böyükhesablı qələbəni bayram edib. “Varta” ilə “Miedz”in görüşündə gözlənilən Alt variantı isə artıq 74-cü dəqiqədə limitdə olub. Eyni vaxtda keçirilən digər görüşdə MTK qələbəyə doğru inamla irəlilədiyi vaxt proenozsevərlər Polşada 3-cü qolun vurulmamasının həyəcanlı dəqiqələrini yaşayıb. Əlavə edilən vaxt nəzərə alınmasa, son 16 dəqiqə həyəcanı sevinclə bitib.

“Apasport” kuponunda gərgin anlar daha az olub. “Falkirk” darmadağının əsasını artıq ilk 45 dəqiqədə qoyub. Digər matçda isə Alt uzatma dəqiqələrində limitə düşüb ki, bundan sonra qələbəyə saniyələr qalıb.

Ümumilikdə 2 qalib kuponun əmsalının cəmi 5,73-ə bərabərdir.

Ekspress kupon (3,09 əmsal)
“Varta” – “Miedz” – 1:1 (Alt)
AEK – “Levadiakos” – 3:0 (Üst)
MTK – “Bekeşçaba” – 3:0 (1)

"Apasport" KUPONU (2,64 əmsal) 
“Darvel” – “Falkirk” - 1:5 (2)
“Rio Ave” – “Eştoril” - 2:0 (Alt)

writer photo
Əlirza Əlirzalı
0