Dünyanın aparıcı bukmeker kontorlarından biri DÇ-2022-nin final oyunu ilə bağlı hesabatını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, Argentinanın Fransa ilə qarşılaşması təxminən 20 min müştəriyə qazanc gətirib.
Əsas vaxtı 2:2, 120 dəqiqəsi 3:3 hesabı ilə başa çatan görüşün taleyi penaltilər seriyasında həll olunub. Argentina yekunda 4:2 hesabı ilə qalib gəlib.
Hadisələrin belə axarı proqnozsevərlərin ümumilikdə 20 milyon dollara yaxın uduşa sahib çıxması ilə nəticələnib. Qazananlar arasında kontorun baş direktoru Endryu Ments də olub. O, 1000 dollar zənginləşib.
Kontorun rəhbərliyi məhz Argentinanın çempion olmasından qazanclı çıxıb. Fransanın uğuruna 50 minə yaxın better pul qoyub. Əgər avropalılar qalib gəlsəydi, bu şirkətin maliyyə durumuna güclü zərbə ola bilərdi.