85 əmsallıq TƏKLİ KUPONDA UDUŞ
21.12.2022 - 15:23
85 əmsallıq TƏKLİ KUPONDA UDUŞ

Bukmeker kontorlarında növbəti diqqətçəkən uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, Keniyadan olan proqnozsevərin böyük əmsallı təkli kuponu uduşlu olub.

Afrikalı better Türkiyə çempionatının 1-ci liqasına mərc edib. O, “Adanaspor” – “Dənizlispor” görüşündə riskə gedib.

Keniyalı qonaqların artıq ilk 45 dəqiqədə 3 və ya daha çox qol vuracağına pul qoyub. O, 3000 şillinq (41,41 manat) ilə mərc edib.

Bu variantın əmsalı 85-ə bərabər olub. “Dənizlispor” məhsuldar keçən görüşdə 3:2 hesabı ilə qalib gəlib. Bütün qollar artıq ilk yarıda vurulub. Nəticədə keniyalı 237 min 209,50 şillinq (3 min 274,51 manat) uduşa sahib çıxıb.
 

writer photo
Əlirza Əlirzalı
0