Almaniyada lider dəyişdi
23.04.2023 - 00:38
Almaniyada lider dəyişdi

Almaniya Bundesliqasında lider dəyişib.

Apasport.az xəbər verir ki, "Bavariya"nın "Maynts"a uduzmasından Dortmund "Borusiya"sı səmərəli yararlanıb.

Belə ki, Edin Terziçin yetirmələri Dortmunda "Ayntraxt"ın qapısından 4 cavabsız top keçirib. Bununla da, "Bavariya"nın əzəli rəqibi liderliyi ələ keçirib.

Hazırda sona 5 tur qalmış Dortmund təmsilçisinin aktivində 60, "Bavariya"da isə 59 xal var.

writer photo
Əlirza Əlirzalı
0